Ukraynada heç bir kimyəvi və ya digər kütləvi qırğın silahı hazırlanmayıb və bunu bütün dünya bilir, o cümlədən Rusiya.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
"Mənim torpağımda heç bir kimyəvi və ya digər kütləvi qırğın silahları hazırlanmayıb. Bunu bütün dünya bilir. Bunu siz (Rusiya Federasiyası - red.) bilirsiniz", - deyə V.Zelenski qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, laboratoriyalar hərbi texnologiyalarla məşğul olmur.