11 Mart 2022 13:45
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının 42 respublikaçı üzvü Prezident Co Baydenə məktub göndərərək Ukraynaya daha konkret müdafiə yardımı göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Coni Ernst və Mitt Romni başda olmaqla senatorlar məktubda Baydenin Ukraynaya müdafiə yardımını alqışladıqlarını, amma administrasiyanın Ukraynaya təcili ehtiyacı olan döyüş təyyarələri göndərməkdə qeyri-adekvat olduğunu bildiriblər.

“Rəhbərliyin Ukraynaya silah göndərməsini yüksək qiymətləndiririk, amma Polşanın döyüş təyyarələrini Ukraynaya təhvil vermək variantını rədd etmək qərarınızla qətiyyən razılaşmırıq”, - məktubda deyilib.

Senatorlar vurğulayıblar ki, onlar Bayden administrasiyasını Polşa və digər NATO ölkələri ilə birlikdə təcili ehtiyacının olduğu döyüş təyyarələrini Kiyevə mümkün qədər tez göndərməyə təşviq edirlər.

Ukraynaya döyüş təyyarələri göndərilməsi ilə bağlı ABŞ və Polşa arasında fikir ayrılığı yaranıb. Polşa döyüş təyyarələrini birbaşa Ukraynaya verə bilməyəcəyini, amma bunları ABŞ-ın Almaniyadakı bazasına çatdırmağa hazır olduğunu açıqlayıb və ABŞ bu variantı qəbul edə bilməyəcəyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər