11 Mart 2022 13:54
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan və İran arasında Birgə Təhlükəsizlik Komissiyası yaradılıb.

Teleqraf.com xəbər verir ki, Daşkənddə Özbəkistan Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxaninin iştirakı ilə komissiyanın ilk iclası keçirilib.

Görüşdən əvvəl Mahmudov və Şamxani Birgə Təhlükəsizlik Komissiyasının yaradılması haqqında sənədi imzalayıblar.

Yerli KİV-in məlumatına görə, sənəd birgə komissiyanın yaradılması, eləcə də iki ölkə arasında terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transsərhəd mütəşəkkil cinayətlərlə mübarizə sahəsində əməkdaşlığın hüquqi əsasını təşkil edəcək.

Şamxanini ölkədəki təmasları çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də qəbul edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər