Britaniya ordusunun keçmiş komandanı, polkovnik Riçard Kemp deyib ki, Qərb Vladimir Putinin öldürülməsi ehtimalını istisna etməməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Polkovnik hesab edir ki, Putinin öldürülməsi minlərlə insanın həyatını xilas edə bilər, ona görə də NATO və Qərb müttəfiqləri belə bir ehtimalı istisna etməməlidirlər.
“Üsamə bin Laden, İslam Dövlətinin başçısı Əbu Bəkr əl-Bağdadi və İran Qvardiyasının komandiri Qasim Süleymani Qərb üçün birbaşa təhdid idi, hamısı öldürüldü”,- Kemp deyib.
Kempin fikrincə, Putini devirmək, həbs etmək və ya mühakimə etmək olar, lakin bu, çətin ki, mümkün deyil.
“Əgər söhbət qətldən gedirsə, bu, çoxları üçün xoşagəlməz ola bilərdi, lakin onun həyatı Ukraynada və başqa yerlərdə artıq öldürdüyü minlərlə insanın həyatından daha dəyərli deyil və gələcəkdə də onun əmri insanların öldürülməsi ehtimalları var”,- zabit qeyd edib. .
İngilis polkovnik əmindir ki, Putinin oliqarxlarına kifayət qədər təzyiq “saray çevrilişinə” gətirib çıxara bilər.
Bundan əvvəl amerikalı senator Lindsi Qrem canlı efirə zəng edərək Vladimir Putini sıradan çıxarılması haqda iddialarla çıxış edib.