24 Noyabr 2014 06:53
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə rəsmi səfərə gəlmiş ABŞ-ın vitse-prezidenti Co Bayden artıq ötən gün rəsmi görüşlərini yekunlaşdıraraq öz ölkəsinə yola düşüb. Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, yerli vaxtla saat 15.00-da (Bakı vaxtıyla 17.00) təyyarəyə qalxan Bayden hava limanında onu yola salanlarla hərbi salamla vidalaşıb.

Co Bayden təyyarəyə minməmişdən əvvəl Türkiyədə onun təhlükəsizliyini təmin edən türk mühafizəçiləri və ABŞ səfirliyinin əməkdaşları ilə xatirə şəkli çəkdirib. Bəzi işçilər isə Bayden ilə selfi çəkdirməyə çalışıb.

Təyyarəyə daxil olmadan onu yola salanlara əl yelləyən vitse-prezident daha sonra onları hərbi salamla salamlayıb. ABŞ rəsmisi bundan sonra təyyarəyə minib və birbaşa Vaşinqtona yola düşüb.



Müəllif:

Oxşar xəbərlər