15 Mart 2022 17:23
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiə qüvvələri işğalçılara uğurla müqavimət göstərməkdə davam edir. Düşmən gün ərzində aktiv hücum əməliyyatları keçirməyib, hədəf cari itkilərin artırılmasına, başqa ölkələrdən muzdluların cəlb edilməsinə, Ukraynada fəaliyyət göstərən işğalçı qüvvələrin maddi-texniki təminatı ilə bağlı problemli məsələlərin həllinə yönəlib. Rusiyanın Smolensk və Belarusun Qomel və Bobruisk şəhərlərində muzdlu əsgərlərin hazırlanması mərkəzlərinin təşkili ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının növbəti məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, Volın istiqamətində düşmən Ukrayna-Belarus dövlət sərhədini qoruyan dəstə saxlayır: “Eyni zamanda, Belarus tərəfini də işğalçı qüvvələrə cəlb etməyə yönəlmiş təxribatların olma ehtimalı yüksəkdir.

Polissya istiqamətində düşmən Quta-Mejihirska, Lyutıj istiqamətində qoşunlarımızın müdafiəsini yarıb keçmək istədi, ancaq uğursuz oldular. Eyni zamanda, işğalçılar Makarovu ələ keçirə bilməyiblər.

Şimal istiqamətində düşmən qrupu artırmağa, Çerniqovda hücumu bərpa etmək üçün maddi-texniki təchizat təşkil etməyə çalışır.

Slobozhansky istiqamətində düşmənin əsas hədəfi Sumı və Xarkov şəhərlərinin mühasirəsi olaraq qalır.

Donetsk və Tavriya istiqamətlərində işğalçılar Lisıçansk rayonunda uğur qazana bilməyib, itkilər verib geri çəkiliblər. Rubijne bölgəsində düşmən şəhərin qərb kənarında möhkəmlənməyə çalışır. Aviasiya və artilleriya dəstəyi ilə Mariupolun qərb və şərq kənarlarında hücumu davam etdirir.

Cənub Buq istiqamətində düşmən aktiv hərəkətə keçmir, əvvəllər tutduğu mövqeləri qoruyub saxlamağa çalışır.

Əsas istiqamətlərdə uğur qazana bilməyən işğalçı qüvvələr beynəlxalq humanitar hüququ pozaraq dinc əhaliyə, mülki şəxslərə və mühüm infrastruktur obyektlərinə raket və hava zərbələri endirməkdə davam edir.

Düşmənin mənəvi-psixoloji durumu aşağı olaraq qalır ki, bu da işğal komandanlığına cari itkilərin vaxtında ödənilməsi və düşmənin ukraynalı müdafiəçilər tərəfindən məğlub edildiyi ərazilərdə qrupun gücləndirilməsi üçün əlavə problemlər yaradır.


Müəllif: Nemət

Oxşar xəbərlər