16 Mart 2022 00:39
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis qadının körpə bacısını diləndirməsi faktını aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

“Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadın körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Jurnalist həmkarlarımızdan daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb, aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.

O, bildirib: “Bayramdır ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir", - E.Hacıyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər