“Son sutka ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində işğalçı qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə, bəzi rayonlarda isə əks-hücuma keçməyə nail olub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər saatlarında yaydığı əməliyyat məlumatında bildirilir.
Qeyd edilir ki, ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələrinin hərəkətləri nəticəsində ikisi Su-34 olmaqla üç təyyarə məhv edilib. Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki Pilotsuz Uçuş Aparatı və iki qanadlı raket vurulub.
Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer hədəflərinə raket və bomba zərbələri endirməyə davam edib: "İşğalçı qoşunların texnika kolonnalarına və dəstələrinə 9 hava zərbəsi endirilib.
İşğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir.
Düşmən müəyyən ərazilərdə geri çəkilərkən itkilər verməkdə davam edir. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin və müdafiə sahələrinin möhkəmləndirilməsinə və qorunub saxlanmasına yönəlib".