“Müstəqil Ukrayna Vladimir Putindən daha çox yaşayacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“İlk növbədə onu deyim ki, müstəqil Ukrayna Vladimir Putindən daha çox yaşayacaq. Bu və ya digər şəkildə Ukrayna qalacaq, Putin isə bir müddət sonra olmayacaq”, - Blinken bildirib.
O əlavə edib ki, ABŞ hazırda Rusiyanın Ukraynaya təcavüzü nəticəsində mümkün qədər yeni ölüm və dağıntıların qarşısını almağa çalışır:
“Əsas məsələ budur ki, Rusiyanın təcavüzü nə qədər insan tələfatı və dağıntılara səbəb olur. Biz bunun üzərində işləyirik, mümkün qədər Rusiyanın apardığı müharibəni məhdudlaşdırmağa, dayandırmağa çalışırıq. Ukraynaya hər gün dəstək veririk”.
O, ölümün və dağıntıların gec-tez bitəcəyinə ümid etdiyini söyləyib.