Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Teleqraf.com Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, söhbət zamanı Ukraynada davam edən müharibə, Kiyev və digər şəhərlərdə humanitar vəziyyət müzakirə edilib.