17 Mart 2022 10:40
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müsəlmanları Mərkəzi Dini İdarəsinin sədri, Müftilər Şurasının rəhbəri Şeyx Ravil Qaynuddin müsəlmanlara çağırış edib.

Teleqraf.com xəbər verir ki, din adamı müsəlmanları Rusiyaya dəstək verməyə çağırıb.

Şeyx Qaynuddin Rusiyanın Ukraynaya hücumunu Quranın ayələri ilə əsaslandırıb və müsəlmanların Rusiyanın yanında dayanmalı olduqlarını bildirib.

Rusiyadakı bütün müsəlmanların digər ölkələrdəki mömin qardaşları ilə birlik və ünsiyyəti gücləndirmələrini istəyən Qaynuddin deyib:

“Rusiyanı müdafiə etmək, dünyanın birləşmə və ümumilikdə müsəlmanların, xüsusən də Rusiya müsəlmanlarının nüfuzuna xələl gətirmək cəhdlərinə qarşı dayanmaq deməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər