18 Mart 2022 09:55
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya, Avstraliya və Yeni Zelandiya Ukraynaya qarşı hərbi əməliyyatlara görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiyalar oliqarxlara, Rusiyanın müdafiə və maliyyə sektoruna yönəlib.

Yaponiya 15 fiziki şəxs və 9 təşkilata, o cümlədən müdafiə rəsmiləri və dövlət silah ixracatçısı “Rosoboroneksport”a qarşı sanksiya tətbiq edəcək.

Aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalara Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, oliqarx Süleyman Kərimov və Rusiya müdafiə nazirinin səkkiz müavini də daxildir.

“Rosoboroneksport”, “Rusiya Helikopterləri”, “Birləşmiş Aviasiya Korporasiyası”, “Uralvaqonzavod” və digər şirkətlər də sanksiya siyahısına salınıb.

İndiyə qədər Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib.

Yeni Zelandiya isə 13 rusiyalıya qarşı sanksiya tətbiq edib. Onların arasında Prezident Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının 12 üzvü, bir bank və 18 digər təşkilat var. Sanksiyalara onlarla əməkdaşlığa qadağa, aktivlərin dondurulması, gəmi və təyyarələrin ölkəyə girişinə qadağa aiddir. Bundan əlavə, Yeni Zelandiya daha 364 siyasətçi və hərbçinin ölkəyə girişini qadağan edib.

Öz növbəsində Avstraliya daha 11 Rusiya bankına və Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edir.

Sanksiyalar birlikdə Rusiyadakı bütün bank aktivlərinin təxminən 80%-ni təşkil edir və bunlara “Sberbank”, “Qazprombank”, VTB Bank, “Rosselxozbank” “Sovkombank”, “Novikombank”, “Alfa-Bank” və “Kredit” Bankı daxildir.

Avstraliya eyni zamanda Vladimir Putinə yaxın oliqarxlara qarşı da sanksiyaları gücləndirib.

Avstraliya eyni zamanda Avstraliyada biznes maraqları olan iki milyarder - Oleq Deripaska və Viktor Vekselberqi də sanksiya altına salıb.


Müəllif: Nemət

Oxşar xəbərlər