19 Mart 2022 20:26
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın rus oliqarxlarına qarşı tətbiq etdiyi sanksiyalar heç vaxt ləğv edilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Britaniyanın Xarici işlər naziri Liz Trass deyib.

“Bu, son dərəcə çətindir. Bu oliqarxlar Vladimir Putinə etdiyi işi görməyə icazə veriblər. Əllərində qan var” - Trass deyib.

O həmçinin rusiyalı oliqarx, “Çelsi”nin sahibi Roman Abramoviçin Britaniyaya qayıda bilməyəcəyinə inanır: “Mən belə bir vəziyyət görmürəm”.

Britaniyalı diplomatın fikrincə, Qərb “Soyuq müharibədən" bəri Rusiyanı çəkindirmək üçün kifayət qədər etmədiyi şeylərdən dərs almalıdır:

“Bu, “Soyuq müharibə”nin sonunda, müdafiə xərclərimizi kəsdiyimiz zaman başladı. Düşünürəm ki, Qərb Toni Bleirin dövründə sayıqlığını itirməyə başladı və proses bu günə qədər də davam etdi. Bir sıra dönüş nöqtələri olub. Və bütün dövrlərdə Qərb Putinin planlaşdırdıqlarını ciddi qəbul etməyib”.


Müəllif: Nemət

Oxşar xəbərlər