Rusiya qoşunları indiyədək ölkə rəhbərliyinin tapşırığının yerinə yetirilməsinə – Ukraynanın hava məkanına tam nəzarətin təmin edilməsinə nail ola bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
“Ukrayna Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələri ölkənin hava məkanını effektli şəkildə qorumağa davam edir. Hava məkanına nəzarətin ələ keçirilməsi müharibənin ilk günlərində Rusiyanın əsas məqsədlərindən biri idi. Rusiyanın hələ də buna nail ola bilməməsi, onun əməliyyatda dönüş yaratmaq səylərini böyük ölçüdə ləngidir”, - məlumatda qeyd edilib.
Nazirlik Rusiyanın Ukraynanı böyük ölçüdə daha təhlükəsiz məkandan - öz ərazilərindən aktiv şəkildə atəşə tutur.