Ukrayna prezidenti Volodimir Zelenski ölkəsi üçün "qırmızı xəttin" suverenliyin itirilməsi olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bunu V.Zelenski telekanallara müsahibəsində deyib.
Ukrayna üçün hansı "qırmızı xəttlərin” olması ilə bağlı sualı cavablandıran dövlət başçısı vurğulayıb: "Biz suverenliyi itirə bilmərik. Minlərlə insan ölüb...".
Eyni zamanda, o qeyd edib ki, müəyyən kompromislərdən nəticə çıxarmaq üçün vəziyyəti hər tərəfdən öyrənmək lazımdır.
Bu gün onu kimun ruhlandırdığı barədə suala V.Zelenski belə cavab verib: "Mən Ukrayna xalqının pərəstişkarıyam".