22 Mart 2022 12:08
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyindən Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı məlumat verilib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məlumatda Rusiyanın indiyədək Ukrayna ərazisinə 1100-dən çox raket atdığı bildirilib.

Rusiyanın quru əməliyyatında irəliləyişinin böyük ölçüdə dayandığını qeyd edən mənbə rus qüvvələrinin ötən həftədən etibarən Kiyevdən 15 kilometr şimalda və 30 kilometr şərqdə olduğunu və bu cəbhələrdə heç bir irəliləyiş əldə edə bilmədiklərini vurğulayıb.

Bununla belə, Qara dənizdə artan hərbi fəallığa diqqət çəkilib:

“Rusların Qara dənizin şimalında ondan bir qədər çox döyüş, müxtəlif ölçülü amfibiya, hücum və minatəmizləmə gəmiləri, eləcə də patrul katerləri var. Düşünürük ki, Odessa ətrafındakı bombardmanların ən azı bir hissəsi bu gəmilərdən olub. Bunun Odessaya desant çıxarmaq planının bir hissəsi olub-olmadığı bəlli deyil. Bu məqamda biz Odessanın qaçılmaz hücum təhlükəsi ilə üzləşdiyi qənaətinə gəlməyi yanlış hesab edirik. Bununla belə, Qara dənizin şimalında Rusiyanın fəallığının artdığını müşahidə edirik”.

Rusiyanın Ukrayna müharibəsində sürət qazana bilmədiyini və bunun ordu üçün kifayət qədər narahatlıq yaratdığını bildirən mənbə rus qüvvələrinin ötən günlər ərzində yalnız Berdyansk və Xersonu tuta bildiyini və böyük ölçüdə hədəflərinə çata bilməyəcəyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər