22 Mart 2022 17:16
1 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də Ukraynaya hücum əmri verən Vladimir Putinin ordusunda əhval-ruhiyyənin aşağı olduğu, hərbçilərin üç həftədən çox davam edən müharibədən yorulduqları bildirilir. Ukraynanın rəsmi mənbələrinə görə, təxminən 15 mindən çox hərbçisinin həlak olduğu işğalçı qüvvələrin arasında müharibə üçün orduya kənardan qatılanlar da var. İddiaya görə, rus əsgərləri döyüşdən yayınmaq üçün ayaqlarına atəş açmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, “Daily Star” Rusiya ordusundan fərarilik edən hər kəsi ağır cəzalar gözlədiyi vaxtda rus əsgərlərinin bir qismi evlərinə tez qayıtmaq üçün radikal yollara əl atdıqlarını yazıb.

İngilis nəşrinin iddiasına görə, Putinin bəzi əsgərləri təpkilərə məruz qalmamaq üçün ukraynalıların sursatları ilə ayaqlarına atəş açırlar.

Bir rus əsgərinin anası ilə telefon danışığında AK-74-lərinin atdığı 5.62 mm-lik güllə əvəzinə, ukraynalıları tərəfindən atılan 7.62 güllə axtarışında olduqlarını əks olunan səs yazısı yayılıb.

Döyüşmək istəmədiyini bildirən rus əsgəri deyir ki, Putinə qarşı çıxanları 8 ilə yaxın həbs cəzası gözlədiyi üçün heç kəs evinə qayıda bilmir.

Ötən həftə başqa bir rus əsgərinin yayılan səs yazısında bunlar deyilmişdi:

“14 gündür ki, bizə atəş açırlar. Qorxuruq. Yemək oğurlayırıq, evlərə soxuluruq. Mülki insanları öldürürük. Rus zabitləri evə çatmaq üçün ayaqlarına atəş açırlar. Hər yerdə meyitlər var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər