22 Mart 2022 19:42
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasında müharibə bir aya yaxındır davam edir. Avropa Birliyi açıq şəkildə Kiyevə dəstəyini ifadə etsə də, qitənin bəzi ölkələri Rusiyadan enerji asılılığı və strateji tərəfdaşlıq səbəbindən bitərəf qalırlar. Almaniya da belə ölkələrdən biridir.

Teleqraf.com xəbər verir ki, Almaniya müdafiə naziri Kristin Lambrext Ukraynaya kifayət qədər dəstəyin olmaması və iki ölkə arasındakı müharibəyə qeyri-effektiv münasibəti səbəbindən ölkəsində tənqid hədəfinə çevrilib.

“Bild” qəzeti Lambrextin hərbçilər arasında verdiyi pozanı tənqid edərək yazıb:

“Kristin Lambrext ölkəmizi biabır etdi. Belə nazir döyüşə bilərmi?”

Məqalədə Ukraynadakı müharibənin üstündən demək olar ki, dörd həftə keçdiyi, Almaniyanın müdafiə nazirinin isə “səfil tablo” yaratdığı bildirilib.

Lambrextə qarşı tənqidi fikirlər arasında onun heç bir şəkildə hərbi xətlə üst-üstə düşməməsi də yer alıb. Qeyd olunub ki, 2021-ci ilin dekabr ayının əvvəlində müdafiə naziri təyin olunana qədər Almaniya Silahlı Qüvvələri ilə demək olar ki, heç bir əlaqəsi olmayıb və vəzifəyə başlayan kimi, hərbi rütbələrin hamısını bilməli olub-olmadığını soruşub.

“İndi Lambrextin orduya əlavə 100 milyard avro sərmayə qoyacağı iddia edilir. Amma görünən budur ki, hətta Kansler Şolz belə ona etibar etmir”, - nəşr vurğulayıb.

Xristian Demokrat Birliyinin (CDU) mütəxəssisi Kristof Plob da xanım müdafiə nazirini bu sözlərlə tənqid edib: “Lambrextin indiyə qədərki performansı fəlakətlidir. Nazir ölkəmizi bütün dünyada biabır etdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər