22 Mart 2022 21:23
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna daxili işlər nazirinin müavini Viktor Andrusev bir rus əsgərinin Silahlı Qüvvələrə könüllü təslim olması ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Andrusev bir neçə gündür rus hərbçilərinin istifadə etdiyi Ukrayna mobil telefon şirkətlərinin nömrələrinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyini deyib.

O, həmin nömrələrə “Rus hərbçilərinin pul müqabilində hərbi texnikaları ilə Ukrayna ordusuna təslim olma üsulları” ilə bağlı mesajların göndərildiyini söyləyib.

Andrusev artıq bir rus əsgərinin istifadə etdiyi tankla təslim olduğunu bildirib:

“Bir rus əsgəri mükafat qarşılığında tankını bizə təhvil verdi. Bir neçə gün əvvəl Mişa (rus əsgərinin adı) bizə zəng etdi. Onunla bağlı Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə məlumat verdik. Ona gələcəyi yer bildirildi. Dron vasitəsilə bunun pusqu olub-olmadığı dəqiqləşdirildi. Əmin olduqdan sonra xüsusi təyinatlılar onu nəzarətə götürdülər”.

Andrusevin sözlərinə görə, rəslim olduqdan sonra rus əsgərinin tankda tək olduğu və tankdakı digər hərbçilərin döyüş meydanından qaçdığı müəyyən edilib. Andrusev təslim olan rus əsgərinə 10 min dollar mükafat veriləcəyini bildirib: “Eyni zamanda, onun bu ölkədə yaşamaq imkanı var, Ukrayna vətəndaşlığı üçün də müraciət edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər