26 Mart 2022 18:17
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

ABŞ hesab edir ki, Rusiya uğursuzluğu səbəbindən Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirmək cəhdlərini gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Röyter” agentliyi Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən bildirib.

Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Donbas və regionu müdafiə edən Ukrayna hərbçilərinin yolunu kəsməyə çalışacaq.

Rusiya bildirib ki, xüsusi əməliyyatın birinci mərhələsini demək olar başa çatdırıb və Donbasın tam “azad edilməsinə” diqqət yetirəcək.

ABŞ Rusiya qüvvələrinin Donbas bölgəsində daha aqressivləşdiyini izləyir.

“Onlar bunu mütləq özlərinə prioritet hesab etdilər”, - Pentaqon sözçüsü əlavə edib.

Hazırda rus qoşunları Kiyev yaxınlığında dayanıb və müdafiə mövqelərini tutur. Eyni zamanda Ukrayna ordusu tədricən Çerniqov istiqamətində irəliləyir.


Müəllif: Nemət

Oxşar xəbərlər