Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 136 uşaq ölüb, 199 uşaq yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilir.
Məlumatda müharibədən ən çox əziyyət çəkən uşaqların yaşadığı şəhərlərin də adı açıqlanıb:
Kiyevdə - 64, Xarkovda - 44, Donetskdə - 50, Çerniqovda - 38, Nikolayev - 28, Luqanskda - 25, Zaporojyada - 17, Xersonda - 20, Jitomirdə - 15 və Sumidə - 14.
Martın 25-də düşmənin Donetsk vilayətini atəşə tutması nəticəsində 9 yaşlı uşaq itkin düşüb, daha biri yaralanıb. Martın 24-də Nikolayev qəsəbəsində yaşayan 13 yaşlı rus qız vəfat edib. Martın 23-də Çerniqovda piyada körpüsünün atəşə tutulması nəticəsində 11 yaşlı uşağı olan ailə qəlpələrdən yaralanıb.