“Ukraynada hərbçilərdən və ovçulardan ibarət partizan dəstəsi yaradılıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
Onun sözlərinə görə, partizan dəstəsi düşmənin arxa cəbhəsində rus işğalçılarının işğal etdiyi ərazilərdə fəaliyyət göstərə bilər.
Budanov bölmə haqqında təfərrüatları açıqlamayıb, sadəcə bildirib ki, onun çox sayda üzvü var. Hərbi kəşfiyyatçı əlavə edib ki, bu, Əfqanıstan və ya Vyetnamdakı kimi üsyançı hərəkat ehtimalını artırıb.