Rusiya iqtisadiyyatı dünya bazarında neftin qiymətinin aşağı enməsi ilə 100 milyard dollar zərər görəcək.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov açıqlama verib.
Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı sanksiyalardan 40 milyard dollar itirib. Ancaq neftin qiymətinin 30 faiz enməsi ilə iqtisadiyyatımız 90-100 milyard dollar ziyanla üzləşəcək”.
Siluanov neftin bir barelinin qiymətinin 60 dollara qədər düşməsi ilə Rusiya iqtisadiyyatının tənəzzülə yaxınlaşdığını və bu məsələ ilə bağlı hökumətin ciddi tədbirlər görəcəyini deyib.
Qeyd edək ki, hazırda Brent markalı neftin bir bareli 80.3 dollara satılır.
Samir