28 Mart 2022 09:52
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Rusiyanın enerji resurslarına qadağa qoymamağa çalışır, bunun üçün tədarük mənbələrini şaxələndirir ki, bu da iki ilə başa gələ bilər.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozef Borrel deyib.

“Rusiya qazı və neftindən asılılığımızı azaltmaq istəyirik. Çünki biz onlardan çox asılıyıq. İndi belə görünür ki, onlar etibarsız tərəfdaşdırlar. Ona görə də mənbələrimizi şaxələndirmək istəyirik və bu baxımdan Yaxın Şərq böyük rol oynayır”, - Borrel qeyd edib.

O əlavə edib ki, bərpaolunan enerji mənbələri də Rusiyadan asılılığı azaltmağa kömək edə bilər.

Borrel Rusiyadan enerji asılılığının iki il sonra azalacağına diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər