28 Mart 2022 21:37
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya prezidenti Frank-Valter Ştaynmayer koronavirusa yoluxması ilə əlaqədar Polşaya martın 29-da planlaşdırılan səfərini təxirə salıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə prezidentin işlər idarəsi bildirib.

Qeyd olunur ki, F.Ştaynmayerin bu gün verdiyi təkrar koronavirus testi də müsbət nəticələnib.

Xatırladaq ki, Almaniya prezidenti, eləcə də onun həyat yoldaşı martın 22-də koronavirusa yoluxmuşdu. Onların xəstəliyinin yüngül formada keçdiyi bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər