6 Aprel 2022 10:24
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzyum şəhərini ələ keçirmək üçün rus ordusuna kömək edən Yevgeni Bruxanov Xarkovda saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bunu İzyum Şəhər Şurasının nümayəndəsi Maksim Strelnikov məlumat verib.

“Ukraynadakı hər bir satqınla belə olacaq! Fotoda - İzyumda rus işğalçılarına ilk əməkdaşlıq edən və kömək edən Yevgeni Bryuxanovdur. İndi o, törətdiyi cinayət və digər satqınlarla bağlı hüquq-mühafizə orqanlarına ifadə verir. İzyumda olan Ukraynanın digər xainlərinə salamlar olsun və onları könüllü təslim olmağa çağırırıq”,- Strelnikov bildirib.

Qeyd edib ki, biz Ukraynanın hər bir düşmənini və satqınını yerdən çıxaracağıq:

“Bundan sonra və əbədi olaraq onlarda sülh olmayacaq, onlar həmişə təkcə bizim xüsusi təyinatlılarımızın deyil, həm də hər bir vətəndaşın hədəfi olacaqlar. Satqınların hamısı layiqincə cəzalandırılana qədər onları təqib etmək hüququ var”.

Maksim Strelnikov əlavə edib ki, İzyum Şəhər Şurasının deputatı Anatoli Fomiçevski rus işğalçılarına şəhəri ələ keçirməyə kömək edib: “Martın 26-da rus işğalçılarının İzyuma girməyə başladığı barədə xəbərlər yayılıb. Rus işğalçıları şəhərə xəyanət nəticəsində daxil ola bilib”.

Hazırda deputat Anatoli Fomiçevski terrorçuların ortaqları siyahısına daxil edilib.


Müəllif: Nemət