İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı şəriət qaydalarını üstün tutaraq, Şam rəhbərliyi ilə eyni saat dilimində olmaq istəmədiyi açıqlayıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı İŞİD saatlarını bir saat qabağa çəkib. Bundan əlavə onlar Rakka ilə Şam arasında 500 kilometr olmasını və günəşin Rakkada daha tez görünməsini də səbəb olaraq göstərirlər. Əmrə tabe olmayanlar şəriət qanunlarına uyğun cəzalandırılacaq.
Beləcə Türkiyə ilə Şam arasında saat fərqi olmadığı halda, Rakkada saat Türkiyədən 1 saat irəlidə olacaq.
Samir