İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizədə Türkiyəyə qarşı haqsızlıq edirlər.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin 11-ci prezidenti Abdullah Gül İngiltərənin paytaxtı Londonda “Chatham Housedə” təşkilatı tərəfindən keçirilən konfrans zamanı səsləndirib.
Onun sözlərinə görə, Türkiyə İŞİD-ə qarşı mübarizədə bir çox ölkələrlə əməkdaşlıq edir. Gül təşkilata qoşulmaq məqsədilə müxtəlif Avropa ölkələrindən gələrək, Suriyaya keçməyə çalışanların müəyyən olunmasından sonra, hava limanlarında saxlanıldığını və ölkələrinə geri göndərildiyini deyib: “Əgər adları bəlli olmursa, bu şəxslər İngiltərədə, Fransada, Almaniyada olduğu kimi Türkiyədə də sərbəst hərəkət edirlər. Bir yol tapıb, sərhədi keçməyə çalışırlar. Türkiyə-Suriya sərhədi 900 kilometr təşkil edir. Əvvəllər burada nəzarət çox sərt təşkil edilirdi. Amma 2 milyon suriyalının Türkiyəyə keçməsi ilə sərhədləri açmaq məcburiyyətində qaldıq. Bu zaman sərhəddə çoxlu boşluqlar meydana gəldi. İŞİD-ə qoşulmağa çalışanlardan bəziləri bundan istifadə edə bildilər”.
Samir