1 May 2022 11:08
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz artıq başa düşürük ki, onlar Donbasda "hücum əməliyyatı" qrafikindən çox geri qalırlar. Ancaq hələ də müəyyən resurslara sahib olduqlarını nəzərə alaraq, hadisələrin inkişafını təsəvvür etmək və ya proqnozlaşdırmaq olar.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski Rusiyanın mayın 9-na qədər müharibəni yekunlaşdırmaq istəyi ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, hazırda Luqansk vilayətinin təxminən 93%-i işğal altındadır:

"Buna görə də Severodonetskə doğru çılğın bir hücumu qabaqcadan proqnozlaşdırmaq olar. Göstərmək istəyirlər ki, baxın, biz həqiqətən “Luqansk xalq respublikasını” azad etdik və "tarixi ədaləti" bərpa etdik. Bu, böyük bir qələbə kimi qiymətləndirilə bilər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər