Serbiya ordusu Çindən aldığı zenit raketlərlə güc nümayişi keçirib.
Teleqraf.com xəbər verir ki, paytaxt Belqradda keçirilən mərasimdə çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin hava hücumundan müdafiə qüvvələrini artıracaqlarını bildirib.
Mərasimdə Çindən alınan zenit-raket kompleksləri də təqdim edilib.
HQ-22 raketləri ABŞ-ın “Patriot” və Rusiyanın “S-300” sistemlərinə oxşar xüsusiyyətlərə malikdir. Beləliklə, Serbiya Çin raketlərindən istifadə etməyə başlayan ilk Avropa ölkəsi olub.