Rusiya ordusu Cənub Buq istiqamətində Xerson vilayətinin inzibati sərhədinə çatmağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi bildirib.
Əlavə olunub ki, rus qüvvələri Ukraynanın müdafiəsində zəif tərəflər axtarır.
“Nikolayevin yaşayış ərazilərində də təcavüzkar ordu üç drondan istifadə etməklə hava kəşfiyyatı həyata keçirib. Eyni zamanda ruslar Ukrayna bölmələrinin mövqelərini artilleriyadan atəşə tutub. Məqsəd Ukrayna ordusunun zəif tərəflərini müəyyən etməkdir”, - məlumatda bildirilib.