Rafael Nadal “Uimbldon 2022”nin təşkilatçılarının Rusiya və Belarus tennisçilərinin turnirdən kənarlaşdırılması ilə bağlı hərəkətlərini pisləyib.
Teleqraf.com xəbər verir ki, İspaniyanın məşhur tennisçiləri Rusiya tennisini fəal şəkildə dəstəkləməyə başlayıb.
Dünyanın ikinci raketka ustası Paula Badosadan sonra əfsanəvi Rafael Nadal Rusiya və Belarus idmançılarının 2022-ci ildə Uimbldondan kənarlaşdırılmasına qarşı çıxıb.
Eyni zamanda, Nadal müharibədən əziyyət çəkən Ukrayna xalqı ilə həmrəyliyini davam etdirir.
“Hesab edirəm ki, bu, mənim rus tennisçi yoldaşlarıma, həmkarlarıma qarşı çox ədalətsizlikdir. Müharibə ilə bağlı indi baş verənlərə görə onların günahı yoxdur”.