3 May 2022 10:12
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər və bu, federasiyada geniş səfərbərliyə səbəb olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanlın məlumatına görə, Putin Qələbə Gününün simvolik önəmindən və təbliğat gücündən istifadə edərək, hərbi əməliyyatların ciddi şəkildə genişləndirildiyini açıqlaya bilər. Qeyd edilib ki, Rusiya lideri bu ssenariyə uyğun olaraq, Ukraynaya rəsmən müharibə elan edəcək.

Bundan əvvəl İngiltərə müdafiə naziri Ben Uolles də Putinin mayın 9-da ümumi səfərbərlik elan etsə, bundan təəccüblənməyəcəyini bildirib.

Digər ssenarilər arasında Luqansk və Donetsk vilayətlərinin ilhaqı, Odessaya ciddi hücum cəhdi və ya Mariupol üzərində tam nəzarətin elan edilməsi ilə bağlı bəyanatlar var.

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Maykl Karpenter deyib ki, Vaşinqton Rusiyanın Luqansk və Donetsk vilayətlərini mayın ortalarında ilhaq etməyə çalışacağına dair etibarlı kəşfiyyat məlumatlarına malikdir. Moskvanın Xerson vilayətində “xalq respublikası” elan etməyə və ya bu bölgəni ilhaq etməyə hazırlaşdığına dair əlamətlər də var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər