4 May 2022 01:46
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarının nəticə verəcəyinə inanmır.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “The Wall Street Journal”a açıqlamasında bildirib.

"Bizim danışıqlarprossesindəki nümayəndə heyyətlərimiz öz səviyyəsində qarşılıqlı fəaliyyət göstərirlər. Onlar liderlərin görüşünün hazırlanmasını müzakirə edirlər. Mən, həqiqətən, belə danışıqlara şübhə ilə yanaşıram", - deyə Zeelnski bildirib.

Zelenskinin sözlərinə görə, danışıqlar prosesində irəliləyişi yalnız Rusiya Prezidenti Vladimir Putinin xüsusi müraciətindən sonra gözləmək olar. “Danışıqları davam etdirmək vacibdir, lakin Rusiya Federasiyasının prezidenti hər hansı rəsmi müraciəti imzalamayana və ya heç bir rəsmi müraciət etməyənə qədər mən bu danışıqlarda heç bir perspektiv görmürəm”, - deyə Ukrayna lideri bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər