4 May 2022 18:50
1 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun çəkindirmə və müdafiə missiyalarını yerinə yetirmək üçün ABŞ-ın “Strayker” batalyonu və “F-35” qırıcılarının ölkəyə göndərilməsini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Rumıniya liderinin parlamentə göndərdiyi məktubda qərarın Rusiyanın Ukrayna yaxınlığında və Qara dəniz regionunda hərbi mövcudluğunun kütləvi şəkildə gücləndirilməsi ilə bağlı olduğu deyilib.

İohannis bildirib ki, NATO-nun döyüş gəmiləri də Qara dənizdə yerləşdiriləcək.

Ölkə ərazisi üzərində hava patrulları ABŞ, İtaliya və Almaniyanın hava qüvvələrinin təyyarələri ilə həyata keçiriləcək. Rumıniya həmçinin ABŞ-a məxsus qüvvələrin bir hissəsini Buzau, Smirdan, Konstansa qarnizonlarında və 57-ci Mixail Koqelniçanu aviabazasında yerləşdirməyi də planlaşdırır.

Bundan əvvəl Rumıniya Ukraynaya öldürücü silah partiyası vermək qərarına gəlib. Məlumata görə, silahların tədarükü Rumıniya qanunvericiliyinə edilən dəyişikliklə mümkün olacaq. Hazırlanan sənədin mətnində deyilir ki, bu qərara səbəb Rusiyanın Ukraynada işğalçı müharibəyə başlaması olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər