Serbiyada ölkəyə gələnlər üçün COVID-19 epidemiyası ilə bağlı qaydalar ləğv edilib.
Teleqraf.com xəbər verir ki, Serbiyada turistlərin ölkəyə girişi asanlaşdırılıb.
Belə ki, artıq sərhəddə vaksin sertifikatı, nəticəsi mənfi olan COVID-19 testi və ya xəstəlikdən sağalmaya dair sənəd tələb olunmayacaq.