6 May 2022 18:00
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-9-da Kiyevdə faşizm üzərində Qələbə Günü ilə bağlı heç bir tədbir keçirilməyəcək, ictimai asayiş gücləndiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

“Hərbi komandanlıq mayın 8-9-da Kiyevdə və vilayətdə komendant saatı tətbiq etməyi planlaşdırmır. Şəhər bu günlərdə hər hansı tədbir keçirməyi də planlaşdırmır. Çünki xatırlatmaq istəyirəm ki, hərbi vəziyyət dövründə kütləvi tədbirlər qadağandır. Kimsə gül qoymağa getmək istəyirsə, bunu təkbaşına edə bilər”, - Kliçko “Teleqram-kanal”ında yazıb.

O qeyd edib ki, bu günlərdə küçə patrulları və ictimai asayiş gücləndiriləcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər