"Rusiya hərbi qüvvələrini Qara dəniz əməliyyat zonasında aerodrom infrastrukturunun məhv edilməsinə cəmləşdirir. Məqsəd "Bayraktar" da daxil olmaqla, aviasiyadan istifadəni mümkünsüz etməkdir".
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.
“Düşmənin əsas səyləri aviasiyamızın, o cümlədən "Bayraktar" PUA-nın hərəkətlərinin qarşısını almaq, Birləşmiş Qüvvələr qruplaşmasının məsuliyyət zonasında bölmələrin havadan hərəkətlərinə dəstək vermək üçün aerodrom infrastrukturunun məhv edilməsinə yönəldilib”, Baş Qərargahın mətbuat xidməti qeyd edib.