Qazaxıstan enerji ehtiyatlarının istehsalçıları onluğuna daxil olmaq istəyir.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın baş naziri Kərim Məsimov bildirib. Onun sözlərinə görə, yaxın illərdə Qazaxıstanda enerji resurslarının istehsalı artacaq. Məsimov Qazaxıstanın həm də enerji ixracı marşrutlarının coğrafi əhatəsinin diversifikasiyasına çalışdığını bildirib:
“Biz hesab edirik ki, ölkəmizdə enerji istehsalı olacaq yaxın illərdə artacaq. Enerji resurslarının, o cümlədən təbii qazın istehsalı üzrə 10 əsas istehsalçıları sırasına daxil olmaq niyyətindəyik”.
Öz növbəsində Qazaxıstanın energetika naziri Vladimir Şkolnik xatırladıb ki, 2020-ci ildən sonra ölkəsi hər il 100 milyon tondan artıq neft hasil etməyi planlaşdırır.
Samir