Macarıstan Rusiyaya qarşı neft embarqosu ilə bağlı mövqeyini dəyişməyib.
Teleqraf.com xəbər verir ki, son günlər çətin danışıqlara və ona təklif edilən güzəştlərə baxmayaraq, Macarıstan qadağalara qoşulmaq niyyətində olmadığını açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, ölkəsi Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyalarla bağlı təşəbbüsünə səs verməyəcək, çünki bu, Macarıstan üçün problem yaradır.
O əlavə edib ki, Avropa Komissiyasının təklifi Macarıstan iqtisadiyyatı üçün atom bombası kimidir və onun sabit enerji təchizatını məhv edəcək.
Szijarto bildirib ki, ölkənin coğrafi mövqeyi, nəqliyyat marşrutları, neft və qaz yataqlarının yeri və mövcudluğu Macarıstanın enerji təchizatının təhlükəsizliyini müəyyən edir.