Rusiya Prezidenti Vladimir Putinin sonu artıq bəllidir, bu yaxın və dəhşətlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Putinin onkoloji problemi var, bunun indi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Amma onun sonu mütləq yaxındır və dəhşətlidir”, - Arestoviç bildirib.
Ukrayna rəsmisi hər şeyin fərqli olacağını söyləyib.
Arestoviç “dəhşətli son” ifadəsi ilə nəyi nəzərdə tutduğunu izah edib:
“Bu, mənəvi məsələdir. Yəni mənəvi son”.
Aretoviçin fikrincə, şüuraltı səviyyədə həyatın nəticələri davamlı olaraq mühakimə olunur:
“Putin ölüm anında bu məqama nə ilə gəldiyini dəyərləndirəcək: hərbi məğlubiyyət, fəlakət və rüsvayçılıq”.
“The Sun” portalının məlumatına görə, Vladimir Putinin tezliklə əməliyyata ehtiyacı olacaq. İngilis nəşrinin iddiasına görə, Rusiya prezidenti parkinson xəstəliyindən və şizoaffektiv pozğunluqdan əziyyət çəkir, bu səbəbdən də onun əməliyyata ehtiyacı var.