Litva Ukraynanın işğalını soyqırımı kimi tanıyan ilk ölkə olub.
Teleqraf.com xəbər verir ki, Litva parlamentində keçirilən səsvermədə 128 lehinə səslə qəbul edilən qərarda Rusiya hərbi qüvvələri və muzdlularının Ukraynada, xüsusilə Buça, İrpen, Mariupol, Borodyanka və Qostomeldə kütləvi müharibə cinayətləri törətdiyinə diqqət çəkilib.
Qətnamədə Rusiya qüvvələrinin Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibənin Ukrayna xalqına qarşı soyqırımı kimi qiymətləndirildiyi bildirilib.
Qərarda bütün günahkarların cavab verməli və beynəlxalq ictimaiyyətin Rusiyanın cinayətlərini araşdırmaq üçün Xüsusi Beynəlxalq Cinayət Məhkəməsi qurması lazım olduğu vurğulanıb:
“Hərbi qüvvələri qəsdən və sistemli şəkildə mülki obyektləri hədəfə alan Rusiya terrorizmi dəstəkləyən və tətbiq edən dövlətdir”.
Ukrayna parlamentinin sədri Ruslan Stefançuk baş verənlərlə bağlı deyib:
“Litva Rusiyanın Ukraynadakı davranışlarını Ukrayna xalqının soyqırımı kimi tanıdı. Bu tarixi qətnaməni yekdilliklə qəbul etdikləri üçün bütün litvalı deputatlara təşəkkür edirəm”.