Almaniyanın xarici işlər naziri Annalena Burbok və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə görüş keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
“Ukrayna bizim dəstəyimizə arxalana bilər – təkcə hərbi cəhətdən deyil, bütün sahələrdə”, – nazir görüş zamanı bildirib.
Bundan əvvəl o, ukraynalı həmkarı Dmitro Kuleba ilə danışıqlar aparıb.