NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu haqda NATO-nun sözçüsü Oana Lunqesku məlumat yayıb.
O bildirib ki, Baş katib xəstəliyi yüngül keçirir.
Qeyd olunub ki, Stoltenberq NATO-nun qərargahının yerləşdiyi Belçikada qaydalara uyğun olaraq işini evdən davam etdirəcək.
Yens Stoltenberqin mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına sədrlik etməsi planlaşdırılırdı. Onun Berlinə gedib-getməyəcəyi açıqlanmayıb.