"Xarkovdan xoş xəbərlər var. Ukrayna ordusi şəhəri işğalçılardan azad etməyə başlayıb".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O deyib ki, Ukrayna ordusu regionun ərazisini azad edir:
"Xalqımızı hədsiz emosiyalar yaymamağa çağırıram. Hər gün müəyyən qələbələr gözlənildiyi halda, siz mənəvi təzyiq mühiti yaratmamalısınız. Ukrayna ordusu şəhərlərimizi azad etmək üçün əlindən gələni edir”.