Ukrayna "Azovstal"dakı hərbçiləri əsir düşmüş rus əsgərləri ilə dəyişmək istəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk məlumat verib.
“Hazırda “Azovstal”ı hərbi yolla azad etmək mümkün deyil. Müdafiəçilərimiz təslim olmaq istəmirlər. Bu, hörmətə layiqdir. Reallıq odur ki, ruslar ərazidən çıxmaq istəmir” , - deyə o bildirib.
Vereşçuk qeyd edib ki, Ukrayna hökuməti müxtəlif variantlar üzərində işləyir: “İlk addım olaraq ruslara belə bir mübadilə təklif edildi: biz ağır yaralı insanlarımızı “Azovsta”ldan humanitar dəhlizlə çıxarırıq. Bunun müqabilində biz hərbi əsirlərin mübadiləsini qaydalara uyğun olaraq Rusiyaya veririk” ,- deyə Vereşçuk bildirib.
O bildirib ki, bu istiqamətdə danışıqlar davam edir.