13 May 2022 13:53
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın Xarici Işlər naziri Edqars Rinkeviçs bildirib ki, Baltik dənizi NATO ərazisinə çevrilir.

Teleqraf.com xəbər verir ki, nazir bunu “Financial Times” qəzetinə müsahibəsində İsveç və Finlandiyanın NATO-ya üzv olmaq niyyətini şərh edərkən deyib.

Qəzetin yazdığına görə, Baltikyanı ölkələr uzun müddətdir ki, Baltik dənizindəki Finlandiya və İsveç adalarının onlara hücum etmək üçün baza kimi istifadə oluna biləcəyindən narahatdırlar.

Bundan əvvəl bildirilmişdi ki, Birləşmiş Ştatlar NATO-ya üzv olmaq qərarına gələrsə, Finlandiya və İsveçi dəstəkləyəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər