14 May 2022 14:04
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib.

“Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, - deputat bildirib.

Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi etdiyini iddia edib:

“Amerikalılar nüvə silahının işə düşməsinə səbəb olmağa, bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etməyə və Asiyada aranı qatmağa çalışacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər