Ukrayna Müdafiə Nazirliyi düşmənlə döyüşmək üçün 1 milyon insanı təmin etmək zərurətini rəhbər tutur.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib.
“Dövlət mexanizminin tətbiqi hətta müharibə şəraitində belə formallıqdır. Həm də təkcə döyüşən Ukrayna deyil. Biz düşmənlə döyüşəcək 1 milyon insanın təmin edilməsi zərurətini rəhbər tuturuq”, - Oleksiy Reznikov “Feysbuk”da yazıb.
O qeyd edib ki, görülən hazırlıq tədbirləri, səfərbərlik, eləcə də hakimiyyətin hərəkətləri sayəsində müdafiə təşkil olunub. Oleksiy Reznikov həmçinin bildirib ki, ilkin mərhələdə könüllülər çox kömək ediblər, hərəkətlilik sayəsində kəskin problemli məsələləri onlar həll ediblər.
Strana.ua-nın məlumatına görə, hərbi əməliyyatlar başlamazdan əvvəl Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı təxminən 200 min nəfər olub.