Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində hazırda davam edən əks-hücum əməliyyatı dayandırılmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko məlumat verib.
“Düşünürəm ki, əks-hücumumuzu dayandırmaq mümkün olmayacaq və ruslar bunu hiss edirlər. Ona görə də onlar bəzən xaotik şəkildə geri çəkilir, əks-hücumumuzu dayandırmaq üçün körpüləri dağıdırlar”, - Denisenko bildirib.
Onun sözlərinə görə, ruslar Ukrayna ordusunun onların dəstələrinin arxasına keçə biləcəyindən qorxurlar, ona görə də yolları kəsirlər.